CƏMİYYƏT


Azərbaycanla Moldova arasında kənd təsərrüfatı və qida sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 6 may. AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Moldova Respublikasının kənd təsərrüfatı və qida sənayesi naziri Viorel Gerçiu arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq olunan yeniliklər barədə geniş məlumat verilərək bildirilib ki, son illər bu sahədə görülən məqsədyönlü tədbirlər nəticəsində qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan uğurlar əldə edilib.

Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Viorel Gerçiu ölkələr arasında bütün istiqamətlər, o cümlədən qida təhlükəsizliyi sahəsində əməkdaşlığın geniş perspektivləri olduğunu, münasibətlərin yeni müstəvidə dinamik inkişafı üçün qarşılıqlı əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıb.

Qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində normativ hüquqi bazanın yaradılması üçün saziş layihələrinin hazırlanması məqsədilə danışıqların həyata keçirilməsi və bu məqsədlə işçi qrupun yaradılması, eyni zamanda hər iki ölkənin qida təhlükəsizliyinə dair qanunvericilik bazasının Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması ilə bağlı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə olunub.

Görüşdə, həmçinin Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) üzrə Moldova təcrübəsinin öyrənilməsi, sertifikatların qarşılıqlı tanınması və elektron mübadiləsinin həyata keçirilməsi üçün sistemlərin inteqrasiyası və s. istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.