İQTİSADİYYAT


Azərbaycanla Özbəkistan qarşılıqlı ixrac və investisiya potensialını artıracaq

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı ixrac və investisiya potensialı artırılacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, qurumun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov ilə görüşüb. Y.Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Səfir B.Aşrafxanov ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edərək əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.