MƏDƏNİYYƏT


Azərbaycanla Özbəkistan qarşılıqlı turizm əlaqələrini genişləndirir

Bakı, 23 may, AZƏRTAC

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, birgə turizm marşrutlarının hazırlanması və turistik səfərlərin sayının artırılması məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov arasında mayın 23-də baş tutan görüşdə müzakirə olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTACA-a bildirilib ki, görüş mayın 24-də Şamaxıda keçiriləcək Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşü çərçivəsində reallaşıb.

Görüşdə Fuad Nağıyev Əziz Abduxakimova işğaldan azad olunan ərazilərin turizm potensialı, hazırlanan layihələr və həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.

Əziz Abduxakimov Özbəkistanın Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlı olduğunu, tərəflər arasında təcrübə mübadiləsinin aparılmasının, turizm şirkətləri arasında əməkdaşlığın təşkili və aviauçuşların sayının artırılması məsələlərinin önəmini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.