MƏDƏNİYYƏT


Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri, COVID-19 pandemiyası dövründə turizm sahəsi üzrə görülən işlər və təcrübə mübadiləsi məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanovla aprelin 20-də baş tutmuş görüşündə müzakirə edilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə, həmçinin postpandemiya dövründə qarşılıqlı turist səfərlərinin bərpasında maraq ifadə edilib.

Aprelin 20-də Fuad Nağıyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Floreslə də görüşüb.

Tərəflər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin mühümlüyünü vurğulayıblar.

Görüşlərdə, vaksinasiya prosesinin vacibliyi vurğulanıb və qeyd edilib ki, bu proses sərhədlərin açılmasına, eləcə də beynəlxalq turizmin bərpasına töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.