İQTİSADİYYAT


Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Bakı, 15 fevral, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki dost ölkə arasında əməkdaşlığın inkişafına, tərəfdaşlıq sahələrinin genişləndirilməsinə xüsusi önəm verildiyi ifadə edilib.

Enerji sahəsində əməkdaşlığın gücləndirilməsi üçün perspektiv istiqamətlər nəzərdən keçirilib. Enerji sektorunda qarşılıqlı investisiya imkanları müzakirə edilib, mayeləşdirilmiş təbii qaz (LNG), neft-kimya məhsullarının Pakistana təchizatı məsələləri üzrə fikir mübadiləsi aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji ehtiyatları və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı barədə məlumatlar, inkişaf planları barədə məlumatlar diqqətə çatdırılıb.

Söhbət zamanı Pakistan şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib. Həmçinin Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyası çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Birgə İşçi Qrupunun tezliklə yaradılmasının vacibliyi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.