SİYASƏT


Azərbaycanla Paraqvay arasında beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Paraqvay Senatının sədri Oskar Salomon, senatda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Lukas Akino, xarici əlaqələr komissiyasının üzvləri və Paraqvayın müxtəlif ticarət palatalarının rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflər parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini, ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafının zəruriliyini vurğulayıblar.

Nazir müavini Elnur Məmmədov, həmçinin Paraqvayın Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri və Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Uolter Harmsla da görüşüb.

Azərbaycan rəsmisi Paraqvayın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyinə, o cümlədən Paraqvay parlamenti tərəfindən Xocalı soyqırımının tanınmasına dair qəbul olunmuş qətnaməyə görə təşəkkür edib.

Görüşdə, həmçinin Azərbaycan ilə Paraqvay arasında beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.