SİYASƏT


Azərbaycanla Peru arasında parlament diplomatiyasının inkişaf etdirilməsi mühüm önəm daşıyır

Bakı, 5 iyul, AZƏRTAC 

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Peru Konqresinin sədri Daniel Enrique Salaverry Villa ilə görüşüb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı nazir Elmar Məmmədyarov Peru parlamentinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanatlarda ifadə etdiyi ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. O, ölkəmizlə Peru arasında parlament diplomatiyasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, Konqresin sədri və görüşdə iştirak edən Konqresin Mədəniyyət Komitəsinin sədri və Peru-Azərbaycan dostluq qrupunun sədri, konqresmen Dalmiro Palomino Ortiz, konqresmen Xuan Karlos del Aqila və dostluq qrupunun üzvü, konqresmen Viktor Andres Garcia Belaunde Azərbaycana səfərləri haqqında xoş təəssüratlarını bölüşərək, ölkəmizin inkişafı, dünyada mədəniyyətlərarası dialoqun inkişafına töhfəsini yüksək qiymətləndiriblər.

Görüşdə, həmçinin Azərbaycanın Peru və ümumilikdə Latın Amerikası ilə münasibətlərinin müxtəlif sahələrini əhatə edən səmərəli müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.