CƏMİYYƏT


Azərbaycanla Qətər arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit, Səhiyyə nazirliklərinin nümayəndə heyəti arasında videokonfrans formatında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə hər iki ölkənin səlahiyyətli qurumlarının fəaliyyəti haqqında təqdimat edilib, eləcə də iki qurum arasında ötən dövr ərzində görülmüş işlərə dair məlumat verilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinin imzalanmasının əhəmiyyəti vurğulanıb və bu sahədə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Baytarlıq sertifikatlarının razılaşdırılması, heyvan mənşəli məhsulların ixrac prosedurları, karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin təşkili və bitki mühafizə vasitələrinin dövriyyəsinin izlənilməsi sahəsində təcrübə mübadiləsi, halal sertifikatla əlaqədar məsələlər müzakirə olunub.

Həmçinin görüş zamanı “Qətər Dövləti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin imzalanması imkanları ilə bağlı danışıqlar aparılıb, həmin sazişin hazırlanaraq yaxın müddətdə müqabil tərəfə təqdim olunacağı diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.