İQTİSADİYYAT


Azərbaycanla Qətərin energetika sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 21 iyun, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysəl bin Abdullah Al Hinzabla görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Səfir Cənub Qaz Dəhlizi layihəsinin başa çatması və Azərbaycan təbii qazının Avropaya nəqlinin başlanması münasibətilə təbriklərini çatdırıb, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmininə verdiyi töhfəni vurğulayıb.

Görüşdə enerji keçidi prosesində təbii qazın atmosferə daha az karbon emissiyası atması nəzərə alınaraq keçid yanacağı kimi vacib rolu qeyd olunub. İki ölkə arasında bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Hər iki sahə üzrə ölkəmizdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verilib. Energetika sektorunun inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində addımların atıldığı və Qətər şirkətlərinin gələcəkdə ölkəmizdə bərpaolunan enerji sahəsi üzrə təşkil ediləcək hərraclarda iştiraka təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.