CƏMİYYƏT


Azərbaycanla Qırğızıstan arasında ədliyyə sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Bişkek, 17 noyabr, АZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin ədliyyə naziri Uran Axmetov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ədliyyə orqanları sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

U.Axmetov deyib ki, Azərbaycan və qırğız xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf edir. O, Azərbaycanın uğurlarına sevindiyini və ölkəmizin dinamik inkişafından fərəhləndiyini bildirib.

Səfir ölkəmizin bütün sahələrdə inkişafının dövlət başçısı İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Hidayət Orucov Uran Axmetovu Azərbaycana səfərə dəvət edib.

Diplomat qardaş ölkələr olan Qırğızıstan və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində mühüm işlərin aparıldığını bildirib, ədliyyə sahəsində əlaqələrin inkişafının münasibətlərin möhkəmlənməsinə təkan verəcəyini söyləyib.

Sonra səfir “ASAN xidmət”in fəaliyyəti haqqında söhbət açıb.

U.Axmetov Qırğızıstan Ədliyyə Nazirliyinin “Taza koom” (“Təmiz cəmiyyət”) adlı proqram vasitəsilə qeydiyyatların aparılma sisteminə keçdiyini, “Taza koom”un Azərbaycandakı “ASAN xidmət” kimi fəaliyyət göstərməsi üçün iş aparıldığını, bir çox ölkələrin Azərbaycan təcrübəsindən yararlandığını bildirib.

Tərəflər Azərbaycan və Qırğızıstan Ədliyyə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi üçün danışıqların davam etməsini vacib sayıblar.

Səfir qeyd edib ki, münasibətlərimizin inkişafı dövlət başçılarımızın maraq dairəsindədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.