SİYASƏT


Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Bişkek, 17 oktyabr, АZƏRTAC

Qırğızıstanın yeni təyin olunmuş Xarici İşlər naziri Ruslan Kazakbayev Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun təbrikini və salamlarını çatdırıb.

Nazir Qırğızıstanla Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafından danışıb, əməkdaşlığın daha da genişlənməsi istiqamətində əlindən gələni edəcəyini bildirib.

Görüşdə ikitərəfli əlaqələrin aktual məsələləri, siyasi dialoqun aktivləşdirilməsi, sosial-iqtisadi sahələrdə konkret layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib. Danışıqlar zamanı Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, həmçinin Heydər Əliyev adına orta məktəbin tikintisinin davam etdirilməsi məsələləri də diqqət mərkəzində olub. Bildirilib ki, bu obyektlərin tikintisinin başa çatdırılması ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcək, iki ölkənin dostluq və qardaşlıq simvoluna çevriləcək.

Görüşün sonunda Ruslan Kazakbayev Azərbaycanın Xarici İşlər nazirini Qırğızıstana səfərə dəvət edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.