MƏDƏNİYYƏT
Azərbaycanla Qırğızıstan arasında turizm əlaqələri müzakirə olunub
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini, Turizm Departamentinin direktoru Samat Şatmanov arasında işgüzar görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan Respublikasının yüksəkvəzifəli şəxslərinin Azərbaycana səfəri çərçivəsində baş tutan görüşdə qurumlar arasında ikitərəfli turizm əlaqələrinin inkişafı və qarşılıqlı turist səfərlərinin sayının artırılması məsələləri müzakirə olunub.
Eyni zamanda, B2B formatlı görüşlərin keçirilməsi, infoturların təşkili, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ATAA ilə Qırğızıstanın Turizm Departamenti arasında gələcəkdə də turizm əlaqələrinin genişləndirilməsi və inkişafı üçün birgə səylərin davam etdirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]