CƏMİYYƏT


Azərbaycanla Rusiya arasında bitki sağlamlığı sahəsində əməkdaşlıq genişlənəcək

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət, bitki zərərvericiləri və viruslara qarşı təsərrüfatlarda davamlı olaraq aparılan mübarizə tədbirləri, ixrac olunan məhsul partiyalarından götürülən nümunələrin laborator müayinələrə cəlb olunması ilə əlaqədar müzakirələr aparılıb.

Daxil olan bildirişlərlə bağlı araşdırmaların aparıldığını diqqətə çatdıran Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Rusiyaya ixrac olunan çəyirdəkli və tumlu meyvələrdə qonur monilyoz çürümə göbələyi ilə əlaqədar müayinələrin aparıldığını və bu sahədə monitorinqlərin həyata keçirildiyini bildirib.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert iki ölkə arasında qida təhlükəsizliyi, həmçinin bitki sağlamlığı sahələrində əməkdaşlığın daha da genişləndiyindən məmnunluğunu ifadə edib.

Görüşdə idxal-ixrac əməliyyatları zamanı bəzi bitkiçilik məhsullarının fumiqasiya edilməsi, həmçinin soyuducu anbarlarda soyuq rejimdə saxlanılmaqla ixrac olunması, alma və pomidor məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınma icazəsinin uzadılması, kooperativlərə üzv olan bir neçə kiçik müəssisəyə fitosanitar sertifikatların verilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.