MƏDƏNİYYƏT


Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə konsert proqramı təşkil edilib

Bakı, 17 iyun, AZƏRTAC

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Bakıdakı Rus Evində Rusiya Gününə həsr olunmuş Rusiya Coğrafiya Cəmiyyətinin “Ən gözəl ölkə” sərgisi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) konsert proqramı təqdim edilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, konsert proqramının təşkilatçısı və aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olub. Konsert proqramında əsərlərin çoxu onun ifasında səsləndirilib.

Təntənəli gecə iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə açılıb.

Tədbirin əvvəlində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov açılış nitqi ilə çıxış edib.

Musiqili gecədə tamaşaçılar Azərbaycan, rus və xarici bəstəkarların klassik və estrada əsərlərini dinləyə biliblər.

Musiqiçilərin ifasında T.Quliyevin “Bakı haqqında mahnı” və “Sevgi valsı” mahnıları, Mixail Qlinkanın “Lark” əsəri, Pyotr Çaykovskinin “Благословляю вас, леса”, Sergey Raxmaninovun “Полюбила я” romansını, Aleksandr Borodinin "Knyaz İqor" operasından “İqorun Ariya”sı, Pyotr Çaykovskinin "İolanta" operasından İolantanın ariozosu, Aleksandra Paxmutovanın “Нежность” və “Надежда” mahnıları, Ennio Morikkonenin "Cinema di Paradiso" filmindən sevgi mövzusu, Olafür Arnaldsın "Saman" kompozisiyası səsləndirilib.

Konsertin sonunda “Rus evi”nin rəhbəri İrek Zinnurov təntənəli gecədə iştirak edən musiqiçilərə diplomlar təqdim edib.

Qeyd edək ki, tədbirdə diplomatik korpusun nümayəndələri, Azərbaycanın mədəniyyət xadimləri, eləcə də dövlət, ictimaiyyət, gənclər təşkilatlarının, elm və təhsil müəssisələrinin, işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.