İQTİSADİYYAT


Azərbaycanla Rusiya arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqinə dair müzakirələr aparılıb

Bakı, 29 iyun, AZƏRTAC

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 18-ci görüşü COVID-19 pandemiyası ilə əlaqədar “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də videokonfrans şəklində keçirilib.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda qurumun şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseyinov və komissiyanın üzvləri Xarici İşlər Nazirliyinin nümayəndəsi Anar Hüseynzadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Asif Verdiyev və Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Faiq Vəliyev iştirak ediblər.

Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, iki ölkə arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqi, Samur Hidroqovşağının texniki vəziyyətinin növbəti müayinəsi və digər məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.