MƏDƏNİYYƏT


Azərbaycanla Rusiya arasında turizm əlaqələri genişləndirilir

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Moskvada keçirilən X Rusiya – Azərbaycan Regionlararası Forumunda iştirak edib.

AZƏRTAC xəbər verir ki, Forum çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi dövlət qurumu ilə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsini və inkişaf etdirilməsini nəzərdə tutan ikitərəfli saziş imzalayıb.

Tədbir zamanı assosiasiya ilə Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) təşkilatının Başqırdıstan regional şöbəsi arasında da əməkdaşlığa dair razılıq əldə olunub.

Forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında turizm sahəsinin inkişaf etdirilməsi, partnyorluq əlaqələrinin qurulması, uzunmüddətli, effektiv və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə Rusiyanın Turizm Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) Ümumrusiya İctimai Təşkilatı ilə əməkdaşlığa dair saziş imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.