SİYASƏT


Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub

Bakı, 20 may, AZƏRTAC

İtaliyanın Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 20-də Serbiyanın xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Nazirlər ikitərəfli əməkdaşlığın iqtisadi, ticarət, siyasi, humanitar və digər sahələrdə inkişafı perspektivlərini qeyd ediblər.

Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in yaxın zamanda qüvvəyə minməsi, mülki aviasiya sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında mövcud olan turizm potensialının səmərəli istifadəsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.