CƏMİYYƏT


Azərbaycanla Surinam arasında ekologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Surinam Respublikasının maliyyə naziri Cilmor Hoefdrad arasında görüş olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə H.Bağırov son illərdə Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən irimiqyaslı tədbirlərdən, beynəlxalq sahədə əldə edilən nailiyyətlərdən danışıb, eyni zamanda Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ölkədə görülən ardıcıl işləri diqqətə çatdırıb.

C.Hoefdrad isə Azərbaycanda son illər iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ekologiya sahəsində əldə edilən uğurların şahidi olduğunu bildirib.

Görüş zamanı ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb, dağ-mədən sahəsində Azərbaycan şirkətləri Surinamda fəaliyyət göstərməyə dəvət olunub və bunun üçün əlverişli iqtisadi mühitin olduğu bildirilib.

Azərbaycanda meşələrin az olması, sənaye qırıntılarından imtina edilməsi və ağac materiallarının xaricdən gətirilməsinin təşviq edildiyi qonağın diqqətinə çatdırılıb. Surinam ərazisində geniş meşələrin mövcudluğu ilə bağlı Azərbaycanın həmin ölkədən ağac idxal etməkdə maraqlı olduğu bildirilib. Ağac və ağac materiallarının region ölkələrinə Azərbaycan vasitəsilə ixracı üçün tranzit imkanlarının öyrənilməsi barədə razılığa gəlinib.

Xatırladaq ki, Surinam Respublikasının maliyyə naziri Cilmor Hoefdrad ölkəmizlə yaxından tanış olmaq və ikitərəfli əlaqələrin gələcək perspektivlərini müzakirə etmək məqsədilə Azərbaycanda səfərdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.