İQTİSADİYYAT


Azərbaycanla Türkiyə arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair saziş təsdiqlənib

Bakı, 15 may, AZƏRTAC

Azərbaycanla Türkiyə arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair saziş təsdiq olunub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.