SİYASƏT


Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılıb

Bakı, 3 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki dost ölkə arasındakı siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin, eləcə də Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və başqa maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.