MƏDƏNİYYƏT


Azərbaycanla Ukrayna arasında turizm əlaqələri genişləndirilir

Bakı, 9 iyun, AZƏRTAC

Bakıda “Kiyev günləri” adlı tədbir çərçivəsində Ukrayna və Azərbaycan arasında turizm əlaqələrinin genişləndirilməsi və məlumat mübadiləsinin aparılması məqsədilə sözügedən ölkələrin turizm təsisatları arasında işgüzar ikitərəfli görüş və təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə turizm təşkilatları və turizm təyinatlı assosiasiyaların təmsilçilərinin iştirakı ilə qastronomik, sağlamlıq, işgüzar turizmin təşviqi seqmentlərində postpandemiya dövründə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində Ukraynanın turizm potensialı haqqında ətraflı məlumat verilib və turizm bölgələrinin təqdimatı həyata keçirilib.

Sonda ikitərəfli B2B formatında görüşlər təşkil edilib.

Görüş Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Ukrayna Gəlmə Turoperatorları Assosiasiyası (AITOU) və Ukrayna İşgüzar Turizm Assosiasiyası (BTAU) arasında, eləcə də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA ) və Ukrayna Tibbi Turizm Assosiasiyası (UAMT) arasında assosiativ birgə əməkdaşlıq haqqında memorandumların imzalanması ilə başa çatıb.

Məlumat üçün bildirək ki, Qlobal Sağlamlıq Turizm Şurasının V Forumu - Zirvə görüşü iyunun 16-18-də Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək. Azərbaycan 2019-cu ildə Qlobal Sağlamlıq Turizm Şurasının IV Forumu - Zirvə görüşünə ev sahibliyini həyata keçirərək, rotasiya üzrə quruma rəhbərlik estafetini Ukraynaya təhvil verib.

Bu platformada uzunmüddətli əməkdaşlıq davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.