İQTİSADİYYAT
Azərbaycanla Ukraynanın investisiya qoyuluşlarının artırılması müzakirə edilib
Xarkov, 22 yanvar, AZƏRTAC
Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması prioritet olaraq qalır, çünki mövcud potensial daha yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Xarkov vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksey Kuçerlə görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.
Qazaxıstanın Ukraynadakı səfiri Samad Ordabayevin də iştirak etdiyi görüşdə azərbaycanlı diplomat bildirib ki, Azərbaycan şirkətlərinin Ukraynaya investisiya qoyuluşu artmaqdadır. 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin 1 milyard dollardan çox olması hədəflənib.
A.Kuçer isə öz növbəsində qeyd edib ki, Xarkov vilayəti azərbaycanlı iş adamlarının investisiya qoyuluşları üçün lazımi şəraiti yaratmağa hazırdır və bunda maraqlıdır.
Görüşdə vurğulanıb ki, iki ölkə arasında informasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı və infrastruktur layihələrin reallaşdırılması üçün əlverişli mühit mövcuddur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov