CƏMİYYƏT
Azərbaycanlı Baxış Kərimov Rusiyada bir ailəni yanğından xilas edib
Moskva, 22 oktyabr, AZƏRTAC
Rusiya Yol-Patrul Xidmətinin (YPX) əməkdaşı, soydaşımız Baxış Kərimov Sverdlovsk vilayətində dörd uşağı yanğından xilas edib.
AZƏRTAC xəbər verir ki, RF DİN-in regional idarəsinin mətbuat xidmətinin məlumatına görə, yanğın hadisəsi Pervomaysk qəsəbəsində baş verib. İşdən qayıdan YPX əməkdaşı yolunun üstündəki evdə yanğın başladığını görüb və yanğınsöndürənləri hadisə yerinə çağırıb. Yanğınsöndürənlər gələnədək Baxış Kərimov tüstü dolu evə girərək dörd uşağı və valideynlərini xilas edib.
Rusiya DİN-i Baxış Kərimovu mükafata təqdim edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva