İQTİSADİYYAT


Azərbaycanlı “NFT” texnologiyasından 22 min 733 dollar qazanıb

Azərbaycanlı “NFT” texnologiyasından 22 min 733 dollar qazanıb

Bakı, 20 aprel, AZƏRTAC

İnnovasiyalar Agentliyinin Pirallahi Texnoparkının rezidenti "iTicket" komandasının üzvü Cavid Məmmədli “NFT” platforması üzərindən yeni uğura imza atıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Foundation.app NFT” hərracında azərbaycanlı dizayner Cavid Məmmədli “Soul of Piano” (“Pianonun Ruhu”) əsərini 22 min 733 dollara bərabər 10 ETH-ə sata bilib. C.Məmmədlinin işi animasiyalı videoçarx tərzində hazırlanıb.

Qeyd edək ki, “Soul of Piano” Cavidin hərracda satılan yeganə əsəri deyil. Bundan əvvəl onun daha 2 əsəri də bir neçə min dollara qiymətləndirilib. Hazırda, dizaynerin daha bir işi 1 ETH dəyərində başqa bir hərracda qiymətləndirilməkdədir.

“NFT” (“Non Fungible Token”) dəyişdirilə bilinməyən rəqəmsal əməliyyatlar texnologiyası olaraq, bu kimi yaradıcılıq imkanlarını sığortalamaq və müxtəlif platformaları bir araya gətirən əməkdaşlıq müstəvisidir. Rəqəmsal nümunələrə misal olaraq şəkil, animasiya, video, audio faylı yaradılır və onlara “NFT”nin özəl şifrəsi təyin edilir. Bu əməliyyat müəllif hüquqlarını qorumağa imkan verir. Müəlliflər rəqəmsal sənət əsərlərini birbaşa və ya hərrac yolu ilə sata bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.