ELM VƏ TƏHSİL


Azərbaycanlı akademikin monoqrafiyası “Springer” nəşriyyatı tərəfindən satışa buraxılıb

Bakı, 11 mart, AZƏRTAC

ABŞ-ın İsveçrədəki məşhur “Springer” nəşriyyatı tərəfindən mart ayında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin “Noise Control of the Beginning and Development Dynamics of Accidents” monoqrafiyası onlayn satışa buraxılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda mövcud ənənəvi texnologiyalardan istifadə etməklə bir çox obyektlərin qəza vəziyyətinə keçməsinin gizli dövrünün başlanmasının qeydiyyatı çox gec baş verir. Bu, əsasən faydalı siqnalla korrelyasiya olunmuş küylərin əmələ gəlməsi ilə əlaqədardır və nəticədə katastrofik qəzaların baş verməsinə səbəb olur. Monoqrafiyada qəzaların başlanğıcını öyrənmək üçün “Noise” nəzarəti və inkişaf dinamikasının yeni texnologiyaları və sistemləri təklif olunur. “Noise” nəzarət texnologiyalarının müxtəlif intellektual sistemlərin qurulması prinsipləri neft və qaz obyektlərində, qazma prosesində, stasionar dəniz neft platformalarında, kompressor stansiyalarında, nəqliyyat, aviasiya, enerji, tikinti, seysmologiya və tibb sahələrində tətbiq edilməsinin mümkünlüyünə dair nümunələr verilib. Eyni zamanda, göstərilib ki, “Noise” texnologiyalarından istifadə etməklə, küylü təsadüfi siqnalların ənənəvi üsullarla analizi nəticələrinin dəqiqliyini artırmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.