ELM VƏ TƏHSİL


Azərbaycanlı alim Almaniyada ölkəmizin dağlıq ərazilərinin timsalında tədqiqat aparır

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədov Martin Luther Universitetində üçaylıq tədqiqat aparmaq məqsədilə Almaniyaya ezam olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı alim almaniyalı həmkarları ilə birgə “Yüksəkayırdetmə rəqəmsal ərazi modellərinin və çoxzonalı peyk məlumatlarının irimiqyaslı rəqəmsal torpaq xəritələşdirilməsinə tətbiqi” məsələlərini araşdırır. Elmi iş Azərbaycanın dağlıq ərazilərində iki tədqiqat sahəsinin timsalında yerinə yetirilir. Tədqiqat zamanı yüksək ayırdetməli rəqəmsal ərazi modelləri və çoxzonalı peyk məlumatları ilə torpaq xassələri arasında əlaqələr modelləşdiriləcək.

Tədqiqat Almaniya Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının dəstəyi ilə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.