ELM VƏ TƏHSİL


Azərbaycanlı alim Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tədbirində çıxış edib

Bakı, 15 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi İbrahim Qabulov Avstriyanın paytaxtı Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən “Nüvə təhlükəsizliyi sahəsində təlimin idarəolunması” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirə AEBA-nın ekspertləri, Pakistan, Çin, Kanada, Rusiya və digər ölkələrdən 55 nümayəndə qatılıb.

Mütəxəssislər nüvə təhlükəsizliyinin və fiziki mühafizənin təmin edilməsi məqsədilə müasir tələblərin tətbiqi sahəsində aparılan işlər barədə iştirakçılara məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə çıxış edən İ.Qabulov Azərbaycanda təhlükəsizliyin gücləndirilməsi sahəsində aparılan işlər haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.