ELM VƏ TƏHSİL


Azərbaycanlı alim “İlin elm adamı” seçilmişdir

Bakı, 9 oktyabr (AZƏRTAC). Okan Universiteti Türkiyənin “İş həyatına ən yaxın universitet” devizi ilə fəaliyyət göstərən gənc və dinamik universitetlərindən biridir. İstanbul Okan Universiteti bu ildən etibarən elm və sənət adamlarının seçilməsi layihəsinin reallaşdırılmasına başlamışdır.

AZƏRTAC xəbər verir ki, “2012-ci ilin sənət adamı” adına professor Hüsamettin Koçan layiq görülmüşdür. Soydaşımız, professor Vəli Şahmurov isə elmdəki xidmətlərinə görə “İlin elm adamı” seçilmişdir.

Vəli Şahmurov 1979-cu ildə elmlər namizədi alimlik dərəcəsi almış, 1987-ci ildə isə SSRİ Elmlər Akademiyası V.Steklov adına Riyaziyyat İnstitutunda doktorluq işini uğurla müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru V.Şahmurov 1978-90-cı illərdə Bakı Dövlət Universitetində professor, 1991-1993-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində elm və təhsil idarəsinin rəisi vəzifəsində işləmişdir. 1994-cü ildən Türkiyənin ayrı-ayrı ali təhsil müəssisələrində çalışan V.Şahmurov 2007-ci ildən etibarən Okan Universitetində pedaqoji və elmi fəaliyyətini davam etdirir. O, 10-dan artıq layihənin, 4 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir. Vəli Şahmurov, həmçinin ABŞ-da dərc olunan “Boundary Value Problems” SCI (A kateqoriya) jurnalının redaktorudur.

Bu il sentyabrın sonunda universitet kampusunda mükafatların təntənəli təqdimat mərasimi keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.