ELM VƏ TƏHSİL


Azərbaycanlı alim İpək yolu Beynəlxalq Muzeylər Alyansının vitse-prezidenti seçilib

Bakı, 29 noyabr, AZƏRTAC

Çinin Fuçjou şəhərində İpək yolu Beynəlxalq Muzeylər Alyansının (İBMA) konqresi keçirilib.

Tədbirdə İpək yolu üzərində yerləşən Azərbaycan, Çin, Qazaxıstan, Kamboca, İsrail, Laos, Monqolustan, Belarus, Serbiya və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, konqresdə ölkəmizi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini, dosent Nərgiz Əliyeva və elmi fond işləri üzrə direktor müavini, dosent Məhfuzə Zeynalova təmsil ediblər.

Konqresdə muzeylər arasında beynəlxalq əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması barədə müzakirələr olub.

M.Zeynalova çıxış edərək təmsil etdiyi qurumun elmi fəaliyyətindən, müəssisədə eksponatların qorunub mühafizə olunması və bərpa texnologiyasından danışıb.

Sonra İBMA ilə konqresdə iştirak edən ölkələrin milli muzeyləri arasında memorandum imzalanıb, nizamnamə qəbul olunub. Bundan əlavə, 2019-cu ildə Pekində birgə səyyar sərginin keçirilməsi haqqında qərar qəbul edilib.

Tədbirdə İBMA-nın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçki olub. Akademik Nailə Vəlixanlı alyansın 9 vitse-prezidentindən biri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.