ELM VƏ TƏHSİL


Azərbaycanlı alim Kamçatkada gələcək tədqiqatları üçün məlumat toplayıb

Bakı, 11 sentyabr, AZƏRTAC 

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Geotermiya şöbəsinin rəhbəri Abdulvahab Muxtarov GEOHEAT III Beynəlxalq Geotermal Konfransında ölkəmizi təmsil edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərində təşkil olunmuş tədbirdə dünyanın 15 ölkəsindən 100-dən çox nümayəndə iştirak edib.

Beynəlxalq konfransda A.Muxtarov “Maqmatik və palçıq vulkanları: mantiyadan səthə istilik daşınmasının iki mərhələsi” mövzusunda məruzə ilə çıxış edib. Konfransın həm də təşkilat komitəsinin üzvü olan A.Muxtarov məruzəsində maqmatik və palçıq vulkanlarının oxşar və fərqli xüsusiyyətlərini təhlil edərək bunlarda istilik-kütlə daşınması mexanizmlərinin eyni olduğunu, qlobal miqyasda palçıq vulkanlarının və maqmatik vulkanların əsasən eyni zonalarda yayıldığını, müasir aktiv maqmatik vulkanların fəaliyyət zonasında palçıq vulkanlarının mövcudluğunu və müasir palçıq vulkanlarının yayıldığı sahələrdə keçmiş geoloji dövrlərdə maqmatik vulkanizmin olduğunu və bir çox başqa amilləri nəzərə çatdırıb.

Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Kamçatkada olduğu günlərdə A.Muxtarov burada geotermal enerjidən istifadə məsələləri ilə də maraqlanıb. O, Mutnovski geotermal sahəsi, Kamçatkanın məşhur Qeyzerlər vadisi, Uzon kalderası ilə tanış olaraq gələcək tədqiqatları üçün məlumat toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.