MƏDƏNİYYƏT


Azərbaycanlı alim Özbəkistanda təşkil olunan onlayn beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

Bakı, 28 may, AZƏRTAC

Özbəkistan Respublikası Nəvai Dövlət Pedaqoji Universitetinin təşkil etdiyi “Ali təhsilin keyfiyyətinin yüksəldilməsində innovativ əməkdaşlığın aktual problemləri” adlı beynəlxalq elmi konfransa dünyanın 25 ölkəsindən 77 məruzəçi qatılıb. Nəvai şəhərində onlayn keçirilən konfransda çox maraqlı fikir və təcrübələr məruzələrdə yer alıb.

AZƏRTAC xəbər verir ki, konfransa dəvət alan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Əlişir Nəvainin dini məzmunlu əsərləri" adlı məruzə ilə çıxış edib.

Məruzədə Əlişir Nəvainin əsərlərinə istinad edən alim qeyd edir ki, XV əsrdə yaşamış böyük özbək şairi, həm də şəriət və təsəvvüf elminin dərin bilicisi, nəzəriyyəçisi, hətta nəzarətçisi kimi ad çıxarmışdı. O, islam ehkamlarını türk xalqları üçün ilk dəfə türk dilində yazıb ortaya qoyan ulu şəxsiyyət olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.