ELM VƏ TƏHSİL


Azərbaycanlı alim “Peşəkarlar danışır” layihəsinin qonağı olacaq

Bakı, 24 yanvar, AZƏRTAC 

ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının (AAA) “Peşəkarlar danışır” layihəsinin növbəti proqramının qonağı AMEA-nın Elm və Təhsil Baş İdarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov olacaq.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, “Elm və təhsil: yeni çağırışlar” mövzusuna həsr edilən görüş fevralın 28-də saat 14:00-dan 16:00-dək “ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi”nin konfrans zalında keçiriləcək. Hər kəs üçün açıq olan görüşdə iştirak etmək istəyənlər fevralın 21-dək [email protected] e-poçt ünvanı vasitəsilə iştirakını təsdiq edə bilər.

Ünvan: CASPIAN Biznes Mərkəzi, 2-ci mərtəbə, AZ1065, Bakı, Cəfər Cabbarlı, 40

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.