CƏMİYYƏT


Azərbaycanlı alim Polşa radiosunda ermənilərin iddialarına faktlarla cavab verib

Bakı, 2 iyun, AZƏRTAC

Polşa Azərbaycanlıları Şurasının üzvü, Vrotslav Universitetinin dosenti İlahə Kərimova yerli Wnet.fm radiosuna müsahibəsində ölkəmizin Qarabağ məsələsi ilə bağlı mövqeyini polyak dinləyicilərinə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın hərbi əsir saxlaması barədə ermənilərin iddiasını dezinformasiya adlandıran həmyerlimiz qeyd edib ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tərəfinə təslim olan bütün erməni hərbçiləri Ermənistana təhvil verilib. Hazırda Bakıda saxlanılan erməni hərbçiləri Azərbaycanın azad edilmiş torpaqlarında terror aktı törədən diversiya qrupunun üzvləridir.

Müsahibədə qeyd edilib ki, ermənilər Qarabağ müharibəsini dini münaqişə kimi qələmə verməyə çalışır, bu isə həqiqətə uyğun deyil. Çünki SSRİ-nin dağılmasından sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistan havadarlarının dəstəyi ilə ölkəmizin əzəli torpaqları olan Qarabağ bölgəsini işğal edib. Bu işğalın 30 ilə yaxın müddət ərzində davam etdiyinə diqqət çəkən soydaşımız nəzərə çatdırıb ki, separatçıların qondarma rejimi dünyaya qəbul etdirmək cəhdləri iflasa uğrayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.