ELM VƏ TƏHSİL


Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

Bakı, 11 sentyabr, AZƏRTAC

AMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, professor Elman İsgəndər Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) müxbir üzvü seçilib.

Bu barədə AZƏRTAC-a Nəbatat Bağından məlumat verilib. Bildirilib ki, azərbaycanlı alim bu ada elm sahəsindəki xidmətlərinə və Rusiya Təbiət Elmləri Akademiyası ilə fəal əməkdaşlığına görə layiq görülüb. Elman İsgəndərin respublikada əldə olunan nailiyyətlərin xarici ölkələrdə təbliğində mühüm xidmətləri olub. O, bu il Rusiya Təbiət Elmləri Akademiyasının 25 illiyi münasibəti ilə keçirilən konfrans, sərgi və müsabiqələrdə fəal iştirak edib.

Qeyd edək ki, tədqiqatçı tərəfindən Azərbaycan florasına aid nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri, introduksiyası, morfogenezi, reproduksiya və reintroduksiyası “in situ” və “ex situ” şəraitində müqayisəli şəkildə tədqiq olunub, həmin bitkilərin areallarının kiçilmə səbəbləri aşkar edilərək onların təhlükə kateqoriyalarının müəyyənləşməsi və mühafizə edilmələri üçün təkliflər verilib. Həmçinin Elman İsgəndər Botanika ixtisası üzrə 155 elmi əsərin və 8 kitabın müəllifidir. Alimin çoxsaylı elmi əsərləri rus və ingilis dillərində nüfuzlu jurnallarda dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.