ELM VƏ TƏHSİL


Azərbaycanlı alim Sinqapurda ehtimal nəzəriyyəsi sahəsindəki son nəticələrdən danışıb

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev Sinqapur Milli Universitetinin Riyaziyyat İnstitutunun dəvəti ilə bu ali məktəbdə elmi ezamiyyətdə olub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı alim Sinqapur Milli Universitetinin riyaziyyat və statistika insitutlarının birgə seminarında “Ehtimal nəzəriyyəsinin müasir problemləri və tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. O, funksional nəzəriyyə və harmonik analiz, riyazi statistikanın müasir problemləri, ehtimal nəzəriyyəsi sahəsindəki son nəticələrinə dair məlumat verib.

Tədbirdə, həmçinin tanınmış riyaziyyatçı Luiz Çen ilə birgə elmi araşdırmalar aparmağa dair razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.