ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki seçilib
Kiyev, 30 iyul, AZƏRTAC
Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının professoru, "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" ictimai təşkilatının sədri Arif Quliyev Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki seçilib.
AZƏRTAC xəbər verir ki, A.Quliyev “Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və bu sahədə terrorizmlə mübarizənin beynəlxalq-hüquqi tənzimlənməsi mexanizminin kompleks öyrənilməsinə, terrorizmlə mübarizə sahəsində prezident institutunun fəallaşdırılması modelinin milli xüsusiyyətləri və xarakter cəhətlərinin açılmasına dair elmi məqalələr yazaraq tədqiqatlar aparıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev