ELM VƏ TƏHSİL


Azərbaycanlı alim Uludağ Universitetində mühazirə oxuyub

Bakı, 6 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən Türkiyənin Uludağ Universitetinin beynəlxalq münasibətlər fakültəsinin siyasi tarix kafedrasında ixtisasartırma kursu keçib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, S.Ruintən Uludağ Universitetində bakalavr və magistratura təhsili pilləsinə aid dərslərdə iştirak edib. O, həmçinin bakalavr pilləsində “Osmanlı diplomatiya tarixi”, “Diplomatiya tarixi-2”, “Soyuq müharibə sonrası türk cümhuriyyətləri”, magistratura pilləsində isə “20-ci yüzil dünya tarixi” mövzularında mühazirələr oxuyub.

Qeyd edək ki, alim BDU-da magistratura təhsil pilləsində ölkəşünaslıq (Türkiyə üzrə) ixtisasında tədris üçün nəzərdə tutulan Türkiyə Cümhuriyyətinin xarici siyasəti fənni üzrə eyniadlı dərs vəsaiti üzərində işi başa çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.