CƏMİYYƏT


Azərbaycanlı alim bariatrik-metabolik cərrahiyyə üzrə beynəlxalq ekspert seçilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov oktyabrın 12-dən 15-dək Antalyada keçirilən 5-ci Beynəlxalq və 3-cü Aralıq dənizi ölkələrinin piylənmə və metabolik pozulmaları xəstəliklərinə həsr olunan konqresdə iştirak edib.

AZƏRTAC-a universitetin mətbuat xidmətindən verilən məlumata görə, Tariyel Ömərov konqresdəki çıxışında Türkiyə Piylənmə Cərrahiyyəsi Dərnəyinin sədri, professor Mustafa Taşkını bariatrik cərrahiyə sahəsində fəaliyyətinin 30 illiyi və ad günü münasibətilə təbrik edib, Tibb Universitetinin kollektivi və dərnək adından Azərbaycanın milli simvollarından olan xalça bağışlayıb. O, konqresin elmi-praktiki hissəsində ölkəmizdə aparılan əməliyyatlar və təkrar mədəkiçiltmə əməliyyatı barədə ətraflı danışıb.

Konqresdə bariatrik cərrahlarla yanaşı, digər ixtisaslı həkimləri də iştirak ediblər. Endokrinoloq Gülay Məmmədova və pediatr Səbinə Nurəliyeva son illər bariatik və metabolik cərrahiyyə sahəsində ölkəmizdə əldə edilən uğurlar barədə məlumat veriblər. ATU II cərrahi xəstəliklər kafedrasının əməkdaşı Elçin Abdinov və III cərrahi xəstəliklər kafedrasının əməkdaşı Aslan Abdullayev konqresdə müzakirə olunan mövzular ətrafında fikirlərini bölüşüblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri dünyanın bir çox dövlətlərindən gəlmiş professorlarla təcrübə mübadiləsində fəal iştirak ediblər.

Konqresdə Tariyel Ömərov bariatrik-metabolik cərrahiyyə üzrə beynəlxalq ekspert seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.