MƏDƏNİYYƏT


Azərbaycanlı alim beynəlxalq elmi konfransda ölkəmizin dövlətçilik tarixindən danışıb

Bakı, 3 noyabr, AZƏRTAC

Rusiyanın paytaxtı Moskvada ”Moskva Kremli” Dövlət Tarix-Mədəniyyət Muzey Qoruğunda “Muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan tarixi silahlar” adlı beynəlxalq elmi-praktiki konfransı öz işinə yekun vurub. Mötəbər və nüfuzlu tədbirlərdən hesab edilən elmi-praktik konfransda Rusiya və Avropa dövlətlərindən olan yüksək səviyyəli alimlərin elmi məruzələri dinlənilib.

Tədbirdə “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin İdarə Heyətinin üzvü, sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov “XVIII-XIX əsrlərdə Azərbaycanda dövlətçilik atributları və hakimiyyət rəmzləri - tuğ, şeşpər, bayraq və qılınc” adlı elmi məruzəsi ilə çıxış edib. P.Gözəlov məruzəsində, dövlətçiliyi tarixi-siyasi anlayış kimi, siyasi tarixin ən mühüm sahələrindən biri kimi ifadə olunmasını bildirib. Nəzərə çatdırıb ki, Azərbaycanın dövlətçiliyi barədə danışan zaman mütləq tarixi dövlətçilik atributlarının tədqiqini qeyd etmək lazımdır. Elmi tədbir iştirakçıları üçün məruzəçi tərəfindən müvafiq fotoslaydlar təqdim olunub.

Sonda mövzu ətrafında maraq doğuran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.