ELM VƏ TƏHSİL


Azərbaycanlı alim beynəlxalq konfransa plenar məruzəçi kimi dəvət olunub

Bakı, 23 fevral, AZƏRTAC

İdarəetmə Sistemləri İnstitutunun şöbə rəhbəri, akademik Asəf Hacıyev avqustun 1-dən 4-dək İspaniyanın Toledo şəhərində keçirilməsi nəzərdə tutulan XV “İdarəetmə Elmi və Mühəndislik İdarəetməsi” adlı beynəlxalq konfransa plenar məruzəçi kimi dəvət olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Beynəlxalq konfransın elektron səhifəsində azərbaycanlı alim haqqında qeyd olunub ki, beynəlxalq səviyyədə tanınmış alim A.Hacıyev M.V.Lomonosov Moskva Dövlət Universitetinin məşhur Kolmoqorov ehtimal məktəbinin məzunu olub və orada tələbəlikdən professorluğa gedən bir yol keçib. Hazırda dünyanın aparıcı jurnallarında nəşr olunan 130-dan çox məqaləsi vardır. A.Hacıyev mürəkkəb quruluşlu xidmətlər sistemləri üçün xidmətin başlanğıc gecikmələrini tətbiq etməklə xidmətin səviyyəsinin artmasına imkan yaradan idarəetmə nəzəriyyəsi yaradıb. Bundan başqa, tətbiqlərə xas olan naməlum parametrlərinin sayı artan yeni bir reqresiya modeli qurub. Həmçinin Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən dövlət standartı kimi qəbul edilmiş və hazırda Windows 8.1 və sonrakı versiyalarında istifadə olunan Azərbaycan əlifbasının hərflərinin kompüter klaviaturasında optimal şəkildə yerləşdirilməsi üçün yeni bir metod yaradıb. O, eyni zamanda, Azərbaycan dilində “Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası”nın müəllifidir.

Qeyd edək ki, bu konfransın əsərləri “Şpringer” nəşriyyatında çap olunur və akademik Asəf Hacıyev konfransın əsərlərinin redaktorlarından biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.