ELM VƏ TƏHSİL


Azərbaycanlı alim beynəlxalq konfransda Alsheymer xəstəliyi ilə bağlı tədqiqatının nəticələrini təqdim edib

Bakı, 8 iyun, AZƏRTAC

Rusiya Elmlər Akademiyasının Fiziologiya İnstitutunda “Video və audio siqnalların prosessinqi neyrotexnologiyalar kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Görmənin fiziologiyası” yaradıcılıq qrupunun rəhbəri, biologiya elmləri doktoru Elmira Pənahova “Olfaktor bulbektomiyadan sonra Moris hovuzunda ağ siçovullarda gözlə nəzarət edilən davranışın tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, E.Pənahovanın məruzəsində Alsheymer xəstəliyinin eksperimental modelində yaddaşın reabilitasiyası üzrə tədqiqatın nəticələri təqdim olunub. Məruzə digər ölkələrdən gələn nümayəndələr tərəfindən böyük maraqla dinlənilib.

Konfrans çərçivəsində müxtəlif növ siqnalların işlənməsi, multimedianın və insanların cihazlarla qarşılıqlı əlaqəsinin ümumi problemləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.