ELM VƏ TƏHSİL


Azərbaycanlı alim beynəlxalq konfransda məruzə edib

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Tofiq Mansurov Moskva Rabitə və İnformatika Texniki Universitetində “İnformasiya cəmiyyətinin texnologiyaları-2022” mövzusunda XVI beynəlxalq elmi-texniki konfransda çıxış edib. Onun məruzəsi diploma layiq görülüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, Tofiq Mansurov, həmçinin Belarus Dövlət Rabitə Akademiyasında “Telekommunikasiya və poçt rabitəsində yeni informasiya texnologiyaları” mövzusunda XXII beynəlxalq elmi-texniki konfransın açılışında iştirak edib. Azərbaycan, Qazaxıstan, Livan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan nümayəndələrin iştirak etdiyi konfransda AzTU-nun professoru çıxış edib.

Konfransın sonunda iştirakçılara sertifikat təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.