ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov Tehranda “İranla Orta Asiya və Qafqaz arasında intellektual və mədəni əlaqələr” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda İranla yanaşı, ABŞ, Avstriya, İspaniya, Türkiyə, Slovakiya, Gürcüstan, Özbəkistan və digər ölkələrdən olan alimlər iştirak ediblər.
Beynəlxalq tədbirdə Əkrəm Bağırovun “Sam Mirzə Səfəvinin şeir sənəti və şairliyə olan baxışları (“Töhfeyi-Sami” təzkirəsinə əsasən)” mövzusunda məruzəsi maraqla qarşılanıb. Əlyazmalar İnstitutunun əməkdaşı görkəmli alimlərlə fikir mübadiləsi aparıb, onlarla elmi əlaqələr qurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]