ELM VƏ TƏHSİL


Azərbaycanlı alim beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

Bakı, 3 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova sentyabrın 21-23-də keçiriləcək “Türk dillərinin kompüter emalı” IX beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın əsas istiqamətlərinə türk dilləri üçün formal modellər və proqram xidmətləri, kompüter sistemləri və terminologiyanın milli lokallaşdırılması, mətnlərin morfoloji və sintaktik emalı, türk və xarici dillərin tədrisi üçün “ağıllı” sistemlər və texnologiyalar, mətnlərin semantik emalı sistemləri və digər mövzular daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.