ELM VƏ TƏHSİL


Azərbaycanlı alim beynəlxalq qurultayda elmi nəticələrini təqdim edib

Bakı, 12 noyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində VI Türk Tibb Dünyası Qurultayı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təmsil edib. Azərbaycanlı alim qurultayda “Milyonlarla insanın həyatını qorumaq potensialı olan yaşıl bitki yarpaqlarında malyariya və qara yara vaksinlərinin istehsalı” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, malyariya bu gün dünyada ən çox insan xəstəliyinə və ölümünə səbəb olan xəstəliklərdən biridir və onun qarşısını ala biləcək peyvənd hələ də mövcud deyil.

Tərlan Məmmədov ixtira etdiyi hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyası əsasında əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini söyləyib. O, elmi nəticələrinin nüfuzlu “Scientific Reports” jurnalında dərc edildiyini diqqətə çatdırıb, iştirakçıların suallarını cavablandırıb.

Azərbaycanlı alim tədbirin təşkilatçıları olan Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca və nazir müavini Əminə Alp Meşə ilə də görüşüb, hazırladığı yeni nəsil vaksinlərin bu ölkədə istehsalı barədə müzakirələr aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.