ELM VƏ TƏHSİL


Azərbaycanlı alim beynəlxalq simpoziumda Əbdülkərim Ağa Badkubinin yaradıcılığından danışıb

Bakı, 17 noyabr, AZƏRTAC

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilova Türkiyənin paytaxtı Ankarada “Beynəlxalq türk mədəniyyəti və sənəti” simpoziumda iştirak edib. Onlayn şəkildə baş tutan tədbiri Etimesgut Bələdiyyə Başqanlığı təşkil edib.

Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan məlumat verilib. Bildirilib ki, Z.Əbilova simpoziumda “Azərbaycan ədəbiyyatında Kərbəla mövzusu: Əbdülkərim Ağa Badkubinin əsərləri əsasında” mövzusunda məruzə ilə çıxış edib. O, XIX əsrdə Azərbaycanda doğulmuş, İranda və İraqda İslam hüququ və nəzəriyyəsi üzrə mükəmməl təhsil almış Badkubinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Həmçinin müxtəlif dini mövzuda 6 dəyərli əsər yazmış İslam alimi Badkubinin yaradıcılığında önəmli yer tutan Kərbəla mövzusu, eləcə də alimin Məhərrəm ayının ritualları haqqındakı görüşlərindən bəhs edərək təhlillər aparıb.

Sonda alim simpoziumun sertifikatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.