Azərbaycanlı alim beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
AzerTAg.az
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan və türk folklorunun araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov Türkiyənin Bolu şəhərində keçirilən Akademik Araşdırmalar Simpoziumunda iştirak edib.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Türk Dünyası Akademik Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Q.Sayılov “İslamiyyət öncəsi türk epik adət-ənənələrində ideoloji inkişaf” mövzusunda əsas məruzəçi olub.
Məruzədə qeyd edilib ki, türk epik təsəvvüründə islamaqədərki inanc sistemi, türk inancında və etnopsixoligiyasında teoqonik elementlərin olmaması və vahid Tanrı inancının mövcud olması türklərin islamı daha anlayışlı qəbul etməsinə səbəb olub.


Xəbərin mətnində orfoqrafik səhv var