ELM VƏ TƏHSİL


Azərbaycanlı alim beynəlxalq tədbirdə qida təhlükəsizliyi sahəsində ölkəmizdə aparılan islahatlardan danışıb

Bakı, 16 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Genetik Modifikasiya olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Tailandda 4 günlük elmi ezamiyyətdə olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, o, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Banqkok şəhərində 74 ölkədən 103 alim və mütəxəssisin iştirakı ilə keçirilən “Genetik modifikasiya olunmuş məhsulların risk əsaslı effektiv qiymətləndirilməsi və idarəetmənin tənzimlənməsi” mövzusunda beynəlxalq iclasda məruzə edib. Mehrac Abbasov məruzəsində Azərbaycanda genetik modifikasiya olunmuş bitkilər üzrə yaradılmış Ekspert Komissiyasının fəaliyyəti, ölkədə son illərdə qida təhlükəsizliyi sahəsində aparılan islahatlar, GMO-nun təyini üzrə görülən işlər, genom redaktəsi texnologiyası üzrə aparılan kadr hazırlığı və FAO-nun dəstəyi ilə həyata keçirilmiş regional əməkdaşlıq layihəsindən danışıb. O, həmçinin ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Serbiya, Küveyt, Belarus və s. ölkələrin nümayəndələri ilə biotəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib və gələcəkdə beynəlxalq layihələrdə birgə iştirak haqqında danışıqlar aparıb.

İclasın keçirilməsində əsas məqsəd GMO məhsulları üzrə FAO tərəfindən yaradılmış beynəlxalq platformanın imkanlarının genişləndirilməsi, ölkələr arasında effektiv əlaqələrin yaradılması və əməkdaşlığın genişləndirilməsi olub. İclasda dünya ölkələrində genetik modifikasiya olunmuş orqanizmlər və onlardan yarana biləcək risklərin qiymətləndirilməsi, biotəhlükəsizlik sistemlərinin yaradılması və təkmilləşdirilməsi, inkişaf etmiş ölkələrdə olan təcrübənin yayılması üzrə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.