ELM VƏ TƏHSİL


Azərbaycanlı alim növbəti dəfə beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb

Bakı, 5 avqust, AZƏRTAC

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev növbəti dəfə Rusiya Federasiyasında keçirilən “Monetnoye Sozvezdiye-2021” (Sikkələr bürcü-2021) xatirə sikkələrinin XV beynəlxalq müsabiqəsinin münsiflər heyətində yer alıb.

Bu barədə AZƏRTAC-a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, müsabiqəyə dünyanın 20-dən artıq dövlətinin milli bankları, zərbxanaları və sikkə distribüter şirkətlərinin 2020-ci il yanvarın 1-dən 31-dək buraxılan sikkələri təqdim edilib.

Müsabiqədə dünyanın müxtəlif ölkələrinin nüfuzlu numizmat alimləri, bankların, qiymətli kağız evlərinin və zərbxanalarının rəhbərləri, kolleksiyaçılar iştirak edəcək. Bu il müsabiqədə 9 nominasiya üzrə 27 sikkə qalib elan olunacaq.

Azərbaycanlı alim yeddinci ildir ki, bu nüfuzlu müsabiqəyə münsif dəvət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.