ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin araşdırması Asiya İnkişaf Bankının hesabatına daxil edilib

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun aliminin elmi araşdırması Asiya İnkişaf Bankının hesabatına daxil edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Asiya İnkişaf Bankı “Mərkəzi Asiyada və Cənubi Qafqazda inklüziv inkişaf üçün yaxşı iş yerləri” (“Good Jobs for Inclusive Growth in Central Asia and the South Caucasus: Regional Report”) mövzusunda regional hesabat dərc edib.

Hesabatda Mərkəzi Asiyada və Cənubi Qafqazda inklüziv artımın perspektivləri araşdırılır və yaxşı iş yerlərinin yaradılmasının rolu qeyd olunur. Habelə regionda olan iqtisadi göstəricilər araşdırılır və 2030-cu ilə qədər olan dövr üçün perspektivlər müzakirə edilir.

İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyev “Mərkəzi və Qərbi Asiyada gender və məşğulluq” və “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində məşğulluğun və peşəkar strukturların təkamülü” (professor Dankan Kempbell ilə birgə) mövzuları üzrə tematik məlumat materialları hazırlayıb. Həmin materiallar göstərilən hesabata daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.